İnsanlara hürriyət, millətlərə istiqlal!

“Corriere dello Sport”un manşet fotosu: İtaliya Türkiyəyə azarkeşlik edir

1122 13.06.2026 15:38 Foto fakt A A

İtaliyada çıxan məşhur idman nəşri “Corriere dello Sport” bugünkü manşet yazısını Türkiyə milli yığmasına həsr edib.

Qəzet yuxarıda gördüyünüz şəkildən başqa Türkiyə millisinin Avstraliyaya qarşı oyuna çıxacaq heyət üzvlərinin hamsının şəklini tək-tək öz səhifəsində yerləşdirib.

İtaliya mediasının Türkiyə millisinə qarşı bu diqqəti səbəbsiz deyil. Bu il növbəti dəfə futbol üzrə dünya çempionatının final mərhələsinə keçə bilməyən italyanlar artıq istər-istəməz Türkiyə yığmasına azarkeşlik etməyə məcburdurlar.

Çünki bu komandanın baş məşqçisi italyan Vinçenzo Montelladır və əsas heyətin iki aparıcı oyunçusu İtaliyanın öndə gedən futbol klublarının liderlərindəndir. Bunlar “Yuventus”da 10 nömrəli formanı geyən Kənan Yıldız və “İnter”də 20 nömrəli formayla matçlara çıxan Hakan Çalhanoğldur.

Türkiyə millisi oyunlarda uğur qazanaraq irəlilədikcə italyanlar bu üçlü ilə qürur duyacaqlar. Ona görə ki, bu, həm də İtaliya futbolunun uğuru sayılacaq – sırf Montellaya görə.

Hətta mümkündür ki, Türkiyə millisi mükafata layiq yerlərdən birini tutsa, mundialdan qısa müddət sonra İtaliyanın futbol təsərrüfatının rəhbərliyi məşqçi Montellanı Türkiyənin əlindən alacaq və növbəti turnirlərə onun bacarığı sayəsində qatılmağı hədəfləyəcək.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR