DÇ-2026: Niderland və Yaponiya arasında gərgin mübarizə davam edir
Futbol üzrə dünya çempionatının F qrupunda Niderland və Yaponiya yığmaları arasında keçirilən oyunda hesab bərabərləşib. Musavat.com xəbər verir ki, qarşılaşmanın gedişində tərəflər hərəyə iki dəfə fərqlənərək hesabı 2:2-yə çatdırıblar.
***
Futbol üzrə dünya çempionatının F qrupunda Niderland və Yaponiya yığmaları arasında keçirilən oyunda hesab 2:1-dir.
Musavat.com xəbər verir ki, ilk hissəsi qolsuz başa çatan qarşılaşmada ikinci yarıda üç qol vurulub.
Hazırda Niderland yığması hesabda üstünlüyünü qoruyur.
***
Futbol üzrə dünya çempionatının F qrupunda Niderland və Yaponiya yığmaları arasında keçirilən oyunda ilk hissə başa çatıb.
Musavat.com xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Beləliklə, ilk 45 dəqiqədən sonra tabloda 0:0 hesabı qeydə alınıb.
Musavat.com






