İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏTLİ HADİSƏ: Çantasındakı "powerbank" partladı, qadın alovlar içində QALDI - VİDEO 

848 19.06.2026 12:34 Hadisə A A

Qazaxıstanda çantasındakı daşına bilən enerji doldurma cihazının (powerbank) partlaması nəticəsində bir qadın alovlar içində qalaraq xəsarət alıb.

Musavat.com xəbər verir ki, hadisə ölkənin Pavlodar şəhərində yerləşən idman zallarından birində qeydə alınıb.

İdman zalında baş verən bu dəhşətli anlar təhlükəsizlik kamerası tərəfindən anbaan lentə alınıb.

Görüntülərdə qadının çantasından əvvəlcə tüstü çıxmağa başladığı, saniyələr sonra isə cihazın qəfildən partladığı və qadının alovlar içində qaldığı əks olunub.

Qadın çantasını yerə ataraq alovdan xilas olmağa çalışarkən, idman zalının işçiləri dərhal çantaya müdaxilə edərək yanğını söndürüblər. Qazaxıstan mətbuatında yer alan məlumatlara görə, hadisə nəticəsində zərərçəkənin saçları yanıb və bədəninin müxtəlif nahiyələrində yanıq xəsarətləri yaranıb. Xəstəxanaya yerləşdirilən qadının ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR