Venesuelada baş verən dağıdıcı zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 589 nəfərə çatıb.
Musavat.com xəbər verir ki, bu barədə Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes "Venezolana de Televisión" dövlət telekanalının efirində məlumat verib.
"Təəssüflə bildirməliyik ki, artıq 589 ölü və 2980 yaralı var. Bununla belə, biz onlarla insanı xilas edə bilmişik", - deyə siyasətçi qeyd edib.
Qeyd edək ki, Venesuelada güclü zəlzələlər iyunun 24-ü axşam saatlarında baş verib.
Təxminən 40 saniyəlik fasilə ilə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan qeydə alınıb.
Zəlzələlərin episentri Yarakuay ştatında, bir-birindən 10 kilometr məsafədə yerləşib.
Hadisə ilə əlaqədar Venesuela hakimiyyəti ölkədə fövqəladə vəziyyət rejimi elan edib.
Musavat.com






