İnsanlara hürriyət, millətlərə istiqlal!

Dənizdə itkin düşmüş balıqçıların axtarışına helikopter cəlb olundu - VİDEO

506 11.12.2025 15:14 Ölkə A A

Dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal olunan 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlu və 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun, həmçinin sentyabrın 27-də dənizdə batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Sultanov Tural Hüseynağa oğlunun axtarışları davam etdirilir.

Musavat.com xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Axtarışlar FHN-in Aviasiya dəstəsin helikopteri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR