İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan Hesablama Palatasına çağırış

353 19.04.2024 13:17 Ölkə A A

Hesablama Palatasının hesabatının müzakirəsi zamanı çıxış edən deputat Razi Nurullayev qurumun fəaliyyətini müsbət dəyərləndirdiyini söylədi və Azərbaycan reallığında gördükləri işin miqyasına görə də onlara təşəkkür etdi.

Razi Nurullayev bildirdi ki, hesabat ilində 5 səmərəlilik auditi keçirilib: “Elə çıxışımın fokusu səmərəlilik auditidir. İstəyirəm ki, Hesablama Palatası büdcə vəsaitinin idarəedilməsi üzrə Dövlət Sosial Müdafiə Fondunda və Sosial Xidmətlər Agentliyində səmərəlilik auditi keçirsin. Bilmək istəyirik ki, ünvanlı dövlət sosial yardımının verilməsində səmərəlilik, düzgün idarəetmə, vəsaitin təyinatı üzrə istifadə edilməməsi, büdcə vəsaitinin bank hesablarında istifadəsiz qalması, ilin sonunda vəsaitlərin akkreditiv hesablara yönəldilməsi araşdırılsın”.

R.Nurullayev eyni mexanizmin Sosial Xidmətlər Agentliyinə də tətbiq edilməsini rica etdi: “Bununla bərabər, vətəndaşlara normal maliyyə-əsaslı sosial xidmətlərin göstərilməsində həm qanunvericilik, həm də məsuliyyətsizlik nəticəsində yaranan maneələrin aşkara çıxarılması və ictimaiyyətə açıqlanmasını istəyirəm. Mənə belə gəlir ki, hər iki qurum üzərinə düşən vəzifəni nəinki vicdanla yerinə yetirmir, həm də ciddi məsuliyyətsizlik və hesabatsızlıq görürəm”.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR