İnsanlara hürriyət, millətlərə istiqlal!

DGK mediatur təşkil etdi - VİDEO, FOTOLAR

814 28.11.2025 12:36 Ölkə A A

Dövlət Gömrük Komitəsi tərəfindən media nümayəndələrinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə mediaturu təşkil olunub.

Musavat.com xəbər verir ki, tədbir gömrük sistemində reallaşdırılan islahatlar, tətbiq edilən yeniliklər və təkmilləşdirilmələr, həmçinin hava nəqliyyatında gömrük işinin təşkili ilə bağlı media nümayəndələrinin məlumatlandırılması məqsədilə keçirilib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasında keçirilən brifinqdə hava nəqliyyatında gömrük işinin təşkili, spesifik xüsusiyyətləri, gömrük postları və digər məsələlərlə bağlı məlumat verilib.

GOMRUU.jpeg (196 KB)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Anar Cahangirov çıxış edərək, media nümayəndələrini salamlayıb:

"Sizin hər birinizi salamlayıram. Bu gün informasiyanın təhlükəsizliyi böyük əhəmiyyət daşıyır. Bugünkü gəlişiniz şəffaf fəaliyyətimizlə yaxından tanış olmaq üçün xüsusi əhəmiyyətə malikdir. Ümid edirəm ki, bunun müsbət nəticələri olacaq.

Bu görüşün əsas məqsədi gömrük orqanlarının fəaliyyətində şəffaflığın artırılması, tətbiq olunan nəzarət mexanizmlərinin obyektiv şəkildə ictimaiyyətə çatdırılması və media ilə ictimai əlaqələrin daha da möhkəmləndirilməsidir".

ELSENN.jpeg (171 KB)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Xidmətinin təşkili şöbəsinin rəisi Elşən Səfərli Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin yaradılması və keçdiyi dövr ərzində fəaliyyəti barədə məlumat verib, mövcud olan 8 hava limanı barədə də geniş danışıb. O, Hava Nəqliyyatı Baş Gömrük İdarəsinə bağlı 2 idarə, 17 şöbə və 10 gömrük postunun fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Bakı Logistika Mərkəzinin gömrük postunda olan jurnalistlər görülən işləri canlı izləyiblər.

Daha sonra media nümayəndələri Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük işinin təşkilini əyani şəkidə izləyiblər.

Bakı Karqo Terminalında mallar üzərində gömrük nəzarətinin və rəsmiləşdirilmə proseslərinin təşkili, həmçinin poçt göndərişləri vasitəsilə daşınan bağlamaların gömrük nəzarətindən keçirilməsi ilə bağlı məlumat verilib.

Eyni zamanda media nümayəndələri “Terminal 1” gömrük postunda şəxslərin sərhədkeçmə proseslərini, əl yükü və baqajlara tətbiq olunan gömrük nəzarəti tədbirlərini, “yaşıl kanal”, “qırmızı kanal” buraxılış sistemlərinin iş prinsipini və rəsmiləşdirilmə əməliyyatlarını əyani şəkildə izləyiblər.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR