İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Dumasından hökumətə şok ittiham: "Rusiya çörəksiz qala bilər, böhran gizlədilir"

572 02.07.2026 15:47 Dünya A A

Ukrayna hərbi qüvvələrinin Rusiyanın neft emalı zavodlarına (NEZ) endirdiyi ardıcıl zərbələrin fəsadları Rusiya daxilində ciddi siyasi böhrana və kəskin etirazlara yol açıb. Rusiya Dövlət Dumasının rəsmiləri hökuməti ölkədə baş qaldıran genişmiqyaslı yanacaq defisitinin real miqyasını cəmiyyətdən və dövlətdən gizlətməkdə ittiham ediblər.

Musavat.com xəbər verir ki, Rusiya Dövlət Dumasının Ailənin müdafiəsi komitəsinin sədri Nina Ostanina ölkədə yaşanan yanacaq böhranı ilə bağlı rəsmi qurumları hədəf alan sensasiyalı bəyanatla çıxış edib. Deputat Ukrayna dronlarının hücumları nəticəsində yaranan fəlakətli vəziyyətin rəhbərlik tərəfindən ört-basdır edildiyini bildirərək qətiyyətlə vurğulayıb: "Niyə sahəyə məsul olan vitse-prezident dürüst şəkildə çıxıb demir ki, ölkədəki neft emalı zavodlarının demək olar ki, üçdə biri (30 faizi) tamamilə sıradan çıxarılıb? Niyə nə o, nə də digər profilli nazirlər yaranmış bu ağır vəziyyətlə bağlı ölkədə təcili olaraq fövqəladə tədbirlər tətbiq etmirlər?".

Ostanina hökumətin problemləri zəif işıqlandırmasının və böhranı həll etmək istəməməsinin dövlət təhlükəsizliyi üçün böyük təhdid yaratdığını, xüsusilə də qarşıdan gələn məhsul yığımı (biçin) mövsümü ərəfəsində bu laqeydliyin fəlakətə yol açacağını diqqətə çatdırıb. Deputat daxili bazarda dizel və benzin qıtlığının kənd təsərrüfatını tamamilə çökdürə biləcəyini qeyd edərək xəbərdarlıq edib: "Bu gedişlə ölkə yaxın vaxtlarda tamamilə çörəksiz qala bilər. Ağır beynəlxalq sanksiyalar və iqtisadi təcrid şəraitində Rusiyanın daxildə çörəksiz, ərzaqsız qalması isə dövlət üçün birbaşa ölümə bərabərdir". 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR