İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya çempionatında medal qazanan Azərbaycan güləşçiləri Vətənə qayıdıblar

795 29.10.2025 04:42 İdman A A

Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında qızıl, gümüş və bürünc medal qazanan Azərbaycan güləşçiləri Vətənə qayıdıblar.

"Report" xəbər verir ki, sərbəst güləşçləri Heydər Əliyev Beynəlxalq Hava Limanında idman həvəskarları, jurnalistlər, güləşçilərin yaxınları və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, Kənan Heybətov (70 kq) qızıl, Xetaq Karsanov (125 kq) isə gümüş medal qazanıb. Ali Tsokayev (86 kq) gürcüstanlı rəqibinə qalib gələrək bürünc medala sahib çıxıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR