İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadınlar orduya çağırıldı: bir il xidmət edəcəklər - Bu ölkədə

565 05.06.2026 12:25 Dünya A A

Yunanıstan Silahlı Qüvvələri tarixində ilk dəfə olaraq qadınlar üçün könüllü hərbi xidmət proqramına start verib. Yeni tətbiq çərçivəsində orduya müraciət edən ilk qadın qrupu xidmətə başlayıb.

Musavat.com xəbər verir ki, Yunanıstan Dövlət Televiziyası ERT-nin məlumatına görə, ölkədə bu il tətbiq edilən proqram çərçivəsində 72 qadın Yunanıstan Quru Qoşunlarının müxtəlif bölmələrində xidmətə qəbul olunub. Yunanıstan Quru Qoşunlarının komandanı Yorgos Kostidis yeni xidmətə başlayan qadın hərbçiləri Lamia şəhərində yerləşən hərbi hissədə ziyarət edib.

Məlumata əsasən, proqram 20-26 yaş arası qadınlar üçün nəzərdə tutulub və könüllü hərbi xidmət müddəti 12 ay təşkil edir. Xidməti başa vuran iştirakçılar müəyyən hallarda 40 yaşınadək ehtiyat qüvvə statusunda saxlanıla bilərlər.

Yeni sistemə qoşulan qadınlara bir sıra üstünlüklər təqdim olunur. Onlar dövlət qulluğuna qəbul imtahanlarında əlavə bal qazanmaq, xidmət müddətini iş stajı kimi tanıtmaq, ali təhsilli olduqları halda orduda inzibati və ya tibb sahələrində vəzifələr tutmaq, həmçinin silahlı qüvvələrin sosial imkanlarından yararlanmaq hüququ əldə edəcəklər.

Yunanıstan Müdafiə Nazirliyi proqramın uğurlu nəticələr verəcəyi təqdirdə gələcək illərdə iştirakçı sayının artırılmasının mümkün olduğunu bildirib. İlk qadın könüllülərin andiçmə mərasiminin isə iyunun sonlarında keçirilməsi planlaşdırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR