İnsanlara hürriyət, millətlərə istiqlal!

Ece İrtemin ölüm səbəbi məlum oldu

1383 16.06.2026 00:17 Şou-biznes A A

Məşhur aktrisa Ece İrtem evində qəfil vəfat edib. "Kızılcık Şerbeti" serialındakı Işıl obrazı ilə tanınan 35 yaşlı aktrisanın infarkt keçirdiyi bildirilir. Hadisə zamanı onun yanında anası olub.

Aktrisanın vəkili Uğur Gökkoyun rəsmi açıqlama verərək ölüm faktını təsdiqləyib. Onun sözlərinə görə, hadisə günorta saatlarında baş verib. İlkin ehtimala görə ölümə səbəb ürəktutmadır, lakin qəti diaqnoz ekspertizadan sonra bəlli olacaq.

Hadisənin ən sarsıdıcı tərəfi isə aktrisanın ölümündən cəmi bir gün əvvəl ad gününü qeyd etməsidir. Onun sosial şəbəkədəki son paylaşımları və gənc yaşda qəfil gedişi yaxınlarını və pərəstişkarlarını kədərə boğub.

Ece İrtem 1991-ci ildə anadan olub. Opera və şan təhsili alan aktrisa karyerası ərzində "Yeni Gelin", "Yasak Elma", "Payitaht Abdülhamid" və "Aile" kimi məşhur seriallarda müxtəlif rollar canlandırıb.//Demokrat.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR