Türkiyəli aktyor Uğur Güneş “Güneşin doğduğu yer” serialının heyətində yer almayacaq.
Məlumata görə, layihədə baş verən dəyişikliklərdən sonra aktyorun serialdan ayrılması qərara alınıb. Onun yerinə isə Burak Özçivit ilə danışıqlar aparıldığı və müqavilə mərhələsinə keçildiyi bildirilir.
Adanada çəkiləcək ekran işində Burak Özçivit “Kenan Kozan” obrazına həyat verəcək.
Qeyd edək ki, Burak Özçivit tamaşaçılara son olaraq Kuruluş Osman serialındakı rolu ilə tanışdır.//Demokrat.az






