Ermənistanda sabiq prezident Robert Köçəryanla bağlı proses yeni mərhələyə keçir.
Musavat.com xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyası iyunun 17-də saat 15:00-da Baş Prokurorluğun Robert Köçəryanın deputat toxunulmazlığından məhrum edilməsi və onun barəsində cinayət təqibinin başlanmasına razılıq verilməsi ilə bağlı təqdimatına baxacaq.
MSK eyni iclasda deputatlığa namizədlər Asatur Köçəryan və Ruslan Barseqyan barəsində təqdimatları da müzakirə edəcək. Sənəddə onların da toxunulmazlığının ləğvi və cinayət təqibinə razılıq verilməsi məsələsi yer alıb.
Musavat.com






