İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhəddə Əli Xameneinin dəfn mərasimi keçirilir - VİDEO

936 09.07.2026 17:54 Dünya A A

İranın mərhum Ali Lideri Əli Xameneinin dəfn mərasimi onun doğulduğu Məşhəd şəhərində başlayıb.

Musavat.com xəbər verir ki, mərasim iştirakçılarının yürüşü İmam Rza məqbərəsinə doğru bir neçə kilometr boyunca uzanıb. Həlak olmuş ali liderin cənazəsini daşıyan kortej Məşhədin əsas küçəsi ilə dəfn olunacağı istiqamətə hərəkət edib. İranlılar əllərində qırmızı bayraqlar və Əli Xameneinin portretlərini daşıyırlar.

Dəfn mərasiminin başlanğıc vaxtı səhər saat 06:00-dan 14:00-a keçirilsə də, İran sakinləri hələ gecədən etibarən İmam Rza məqbərəsinin ətrafına toplaşaraq Xamenei ilə vidalaşmaq üçün növbə gözləyiblər.

Ali liderin dəfn mərasimində iştirak etmək üçün Məşhədə 27 ölkədən zəvvarlar da gəlib. Tədbirdə ümumilikdə 5 minə yaxın xarici qonağın iştirakı gözlənilir.

Musavat.com


Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR