İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan "Bizi izləyin" demişdi - Həmin silahlar ərəblərə SATILDI

1129 10.07.2026 13:38 Dünya A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO Sammitindən sonra S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı suala cavab olaraq səsləndirdiyi "Bizi izləməyə davam edin" sözlərinin ardından diqqətçəkən iddia ortaya atılıb.

Musavat.com xəbər verir ki, Türkiyə mətbuatında yer alan məlumata görə, Rusiyadan alınan S-400 sistemləri Körfəz ölkələrindən birinə satılıb və bununla bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

"Hürriyet" qəzetinin köşə yazarı Abdulkadir Selvinin iddiasına görə, S-400 sistemləri üçüncü ölkəyə satılıb və son texniki prosedurlar tamamlanmaq üzrədir. Məlumata əsasən, sistemlərin Birləşmiş Ərəb Əmirlikləri və ya Qətərə satıldığı ehtimal edilir.

İddialara görə, bu addım ABŞ-ın Türkiyəyə tətbiq etdiyi CAATSA sanksiyalarının ləğvi prosesində mühüm rol oynaya bilər. Bildirilir ki, sanksiyaların aradan qaldırılması üçün ABŞ Prezidenti Donald Trampın Konqresə göndərəcəyi məktubda S-400 sistemlərinin artıq istifadədə olmadığı, Türkiyənin onlara sahib olmadığı və Rusiya ilə oxşar müdafiə əməkdaşlığını davam etdirməyəcəyi barədə təminat verilməsi tələb olunur.

Xatırladaq ki, NATO Sammitindən sonra keçirilən mətbuat konfransında Ərdoğan S-400-lərin taleyi ilə bağlı suala konkret cavab verməyərək, "Bizi izləməyə davam edin" deməklə kifayətlənmişdi. Bu açıqlama sistemlərin gələcəyi ilə bağlı müxtəlif ehtimalların yaranmasına səbəb olmuşdu.

Hazırda Türkiyə hökuməti tərəfindən S-400 sistemlərinin satıldığı ilə bağlı rəsmi təsdiq verilməyib. Buna görə də yayılan məlumatlar hələlik media orqanlarında səsləndirilən iddia xarakteri daşıyır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR