İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqanıstandan Tacikistana silahlı hücumlar: çinli işçilər hədəfə alındı

520 02.12.2025 13:41 Siyasət A A

“Tacikistanla Əfqanıstan arasında münasibətlər gərginləşib. Belə ki, son günlər Əfqanıstan ərazisindən Tacikistana keçən naməlum silahlı qruplar qonşu ölkədə çalışan çinlilərə atəş açıblar. Nəticədə çinli işçilər arasında ölən və yaralananlar var”.

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, son toqquşmalar Talibanla Pekin arasında da münsibətlərə mənfi təsir edə bilər:

“Silah hücumlar noyabrın 18-də başlayıb, ayın son gününə qədər davam edib. Hücum edənlərin pilotsuz uçuş aparatlarından istifadə etdiyi barədə məlumatlar var. Əfqanıstanda hakimiyyətdə olan Taliban bu cür hücumlarda maraqlı deyil. Ancaq problem ondadır ki, Taliban Əfqanıstanın tamamına nəzarət edə bilmir. Əfqanıstan Xarici İşlər Nazirliyi bəyanat yayaraq son silahlı insidentləri pisləyib. Bəyanatda insidenti törədənlərin bölgədə xaos və gərginlin yaratmaq istədiyi vurğulanıb. Silahlı qrupların mənşəyi barədə məlumat yoxdur.

Buna baxmayaraq, Düşənbə Kabildən Əfqanıstan ərazisinə nəzarət etməyi və hücumlara son qoymağı tələb edib. Taliban problemi həll etməyə çalışacağını vəd verib. Çinin Tacikistanda yatırımları var. Təsadüfi deyil ki, Çin lideri Si Cinpin Tacikistana bir neçə dəfə səfər edib. Pekin Düşənbə ilə əməkdaşlığı strateji səviyyəyə qaldırmağı hədəfləyib. Pekin Düşənbə ilə hərbi sahədə də əməkdaşlıq etməyə başlayıb. Çünki Pekin ehtiyat edir ki, Əfqanlstan ərazisindəki terrorçu qruplar Çinə də keçməyə çalışa bilərlər.

Son toqquşmalar Talibanla Pekin arasında da münsibətlərə mənfi təsir edə bilər. Halbuki, Kabil Pekinlə tərəfdaşlığı gücləndirməyə çalışır. Çin Talibanı ilk tanıyan ölkələrdəndir. Taliban təmsilçiləri bir neçə dəfə Pekinə səfər edərək çinli rəsmilərlə görüşüblər. Çinin xarici işlər naziri Van Yi 2022-i ilin martında Əfqanıstana səfər edərək Taliban təmsilçiləri ilə geniş müzakirələr aparıb. Bundan sonra Çin Əfqanıstana yatırımlar etməyə başlayıb. Hazırda Çin Əfqanıstanın üçüncü böyük ticarət tərəfdaşıdır. Çin şirkətləri Əfqanıstan ərazisində neft yataqlarının istismarı ilə məşğuldurlar. Çin Əfqanıstanın enerji sahəsinə hər il 150 milyon dollar yatırım qoymağı vəd edib. Çin Əfqanıstanın zəngin nadir torpaq elementlərinin işlədirlməsinə də maraq göstərir. Çin Əfqanıstan ərazisində yollar çəkməli, su elektrik stansiyaları tikməlidir”.

Politoloq bildirib ki, bununla belə, silahlı qrupların Əfqanıstan ərazisindəki çinli işçilərə də hücum ehtimalı var və bu halda Kabil üçün Pekinlə münasibətlərdə problemlər yaranacaq:

“Taliban Əfqanıstanı ərazisinin tamamına nəzarət etmədikcə, müxtəlif silahlı qrupların Tacikistan ərazisinə hücumlarının qarşısını almaq çətin olacaq”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR