İnsanlara hürriyət, millətlərə istiqlal!

Əkin sahəsini yandıran şəxs polisi görüb qaçdı - CƏRİMƏLƏNDİ

601 07.08.2025 16:17 Ölkə A A

Kürdəmirdə özünə məxsus əkin sahəsini yandıran şəxs polisi görən kimi hadisə yerindən qaçıb. O, avtomobilini də hadisə yerində qoyub.

Musavat.com xəbər verir ki, hadisə rayonun Mollakənd kəndində baş verib.

39 yaşlı Vasif özünə məxsus əkin sahəsinə gedərək orada olan kol-kosu yandırıb. Hadisə yerinə polis əməkdaşları gəlib. Vasif əvvəlcə gələn şəxslərin kim olduğunu bilməyib. Onlara tərəf yaxınlaşanda polis olduğunu görüb və kəndə tərəf qaçmağa başlayıb. Vasif “Priora” markalı maşınını da orada qoyub.

Vasif dindirilən zaman polisləri görəndə həyəcanlandığını və buna görə qaçmaq qərarına gəldiyini deyib.

Polisin qanuni əmrinə tabe olmamaqda ittiham olunan Vasif İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 manat cərimə olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR