İnsanlara hürriyət, millətlərə istiqlal!

Adil Kərimli Şuşada vətəndaşları qəbul edib FOTO

237 17.07.2026 12:40 Mədəniyyət A A

Mədəniyyət naziri Adil Kərimli iyulun 17-də Şuşa şəhərində vətəndaşları qəbul edib.

Bu barədə Musavat.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin inzibati binasında keçirilən qəbulda doğma yurda qayıtmış Şuşa sakinləri müraciət və təkliflərini diqqətə çatdırıblar.

Vətəndaşların müraciətləri, əsasən, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub. Mədəniyyət naziri sakinlər tərəfindən qaldırılan bütün məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Qəbulda şəhid ailələri və qazilərin də qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR