İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyyartonun Kremllə əlaqələri araşdırılır

445 17.07.2026 13:32 Dünya A A

Macarıstan keçmiş xarici işlər naziri Peter Siyyrtonun Rusiya ilə əlaqələri ilə bağlı araşdırmaya başlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, baş nazir Peter Macar iş üzrə dövlət sirlərini ehtiva edən sənədlərin araşdırıldığını açıqlayıb. Bunlar ölkənin xarici siyasəti ilə bağlıdır.

Baş nazir araşdırmanın təfərrüatlarını açıqlamaqdan imtina edib və "nəticəsini əvvəlcədən qiymətləndirmək" istəmədiyini bildirib.

Siyyarto 2014-cü ilin sentyabr ayından eibarən Macarıstan Xarici İşlər Nazirliyinə rəhbərlik edib. O, Avropa İttifaqının siyasətinə müxalifliyi və Rusiyapərəst açıqlamaları ilə fərqlənib.

P.Siyyarto iyul ayının 15-də parlament üzvlüyündən istefa verdiyini açıqlayıb. Onun Çinin avtomobil istehsalçısı BYD-də yüksək vəzifə tutacağı bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR