İnsanlara hürriyət, millətlərə istiqlal!

"Benzin satmaq artıq sərf etmir..."-Rusiyanın yanacaq bazarında görünməmiş qapanma dalğası

400 17.07.2026 16:06 Dünya A A

Rusiyanın daxili yanacaq bazarında ciddi böhran fonunda sahibkarlar öz bizneslərindən kütləvi şəkildə qurtulmağa başlayıblar.

Musavat.com xəbər verir ki, son bir ay ərzində ölkə ərazisində 150-dən çox yanacaqdoldurma məntəqəsinin (YDM) satışı ilə bağlı elan dərc olunub. Neft emalı zavodlarına (NEZ) edilən müntəzəm zərbələr və yanacaq bazarında yaranan kəskin problemlər səbəbindən YDM sahibləri neft ölkəsində benzin satışının artıq gəlirli olmadığını aşkar ediblər.

Media resurslarının yaydığı məlumatlara görə, hazırda Rusiya yanacaq bazarının təxminən 60%-ni təşkil edən məntəqələrin əksəriyyəti ağır günlərini yaşayır.

Yaranmış vəziyyətdən çıxış yolu tapmaqda çətinlik çəkən sahibkarların bir qismi təcili surətdə biznesini satmağa çalışır, digərləri isə fəaliyyətini tamamilə dayandıraraq qapanmağa hazırlaşır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR