İnsanlara hürriyət, millətlərə istiqlal!

"Məşhurlar qaçırılıb, yerinə klonları qoyulub" - İNANILMAZ HADİSƏ

1369 17.07.2026 12:11 Dünya A A

Braziliyada bir vəkilin dünya şöhrətli şəxslərin oğurlanaraq yerlərinə klonlarının yerləşdirildiyini iddia etməsi ölkədə geniş rezonans doğurub. Heç bir elmi və ya hüquqi sübuta əsaslanmayan iddialarla Federal Ali Məhkəməyə müraciət edən vəkilin işi "məhkəmə sistemindən sui-istifadə" kimi qiymətləndirilə bilər və onun böyük məbləğdə cərimə ilə üzləşəcəyi gözlənilir.

Musavat.com xəbər verir ki, məlumata görə, vəkil Kelmo Martins Bandeira futbolçu Vinisius Junior, "Microsoft"un həmtəsisçisi Bill Qeyts, "Meta"nın baş direktoru Mark Zukerberq və Braziliya Prezidenti Luiz İnasio Lula da Silva da daxil olmaqla bir sıra tanınmış şəxslərin "klonlandığını" iddia edib. O, Federal Ali Məhkəmənin sədri Edson Faşinə təqdim etdiyi ərizədə Federal Polisdən "beynəlxalq klonlama və zehin nəzarəti şəbəkəsi" ilə bağlı təcili araşdırma aparılmasını tələb edib.

İddia ərizəsində "666" və "Babil" adlı gizli təşkilatın məşhur şəxsləri əsir saxladığı, onların genetik kodlarını dəyişdirərək laboratoriyada hazırlanmış klonlarla əvəz etdiyi irəli sürülür. Vəkil sonradan işə əlavə etdiyi digər şübhəli qrupu isə Bibliyadakı Yəhuda İskariotun adı ilə əlaqələndirib.

Lakin ərizədə bu iddiaları təsdiqləyən heç bir elmi araşdırma, ekspert rəyi və ya konkret sübut təqdim olunmayıb.

Vəkilin tələbləri yalnız cinayət işinin başlanması ilə məhdudlaşmayıb. O, məhkəmə prosesi başa çatana qədər "müvəqqəti kompensasiya" adı altında "Meta", "Microsoft", "ExxonMobil", "Ambev", "Grupo Mateus", "Gerdau" və "Friboi" kimi iri şirkətlərin aylıq xalis gəlirlərinin 1-2 faizi həcmində vəsaitin ona ödənilməsini də istəyib.

Hüquqşünasların fikrincə, hüquqi və faktiki əsası olmayan belə iddiaların məhkəmə tərəfindən qısa müddətdə rədd ediləcəyi gözlənilir. Braziliya qanunvericiliyinə əsasən, məhkəmə sistemini əsassız iddialarla məşğul edən şəxslər "pis niyyətlə iddia qaldırma" və məhkəmə prosesindən sui-istifadə səbəbilə ciddi maliyyə sanksiyaları ilə üzləşə bilərlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR