İnsanlara hürriyət, millətlərə istiqlal!

Əkizlər: “Bizə gündəm lazım deyil”

623 17.12.2025 11:39 Şou-biznes A A

Sevil, Sevinc bacıları efirdə olmamalarının səbəbini açıqlayıb.

“Öz aramızda” verilişində qonaq olan əkizlər onlara gündəm lazım olmadığını bildirib:

“Arxamızca danışırlar ki, gündəmdə deyillər, efirə çıxmırlar. Gündəm dediyimiz bu gün efirləri qapı-qapı gəzib sənət dostlarını alçaltmaqdırsa, şəkillərini pillələrə yerləşdirməkdirsə, çəkdikləri əziyyətləri yerə vurmaqdırsa, bizə elə gündəm lazım deyil. Bu gün dəyərli bəylər, gözəl xanımlar efirə çıxıb bir-birini təhqir edir, hədə-qorxu gəlirlər. 

Deyirlər ki, tədbirlərə getmir? Haradan bilirsiniz? Toya, tədbirə gedib, o çörəyi özüm üçün qazanıramsa, deməli, paylaşımı da, qazancı da özüm üçün edirəm. Ailəmə də baxıram, işimi də görürəm, pulumu da qazanıram”.  (Yeni Sabah)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR