Ermənistanda hakimiyyətlə müxalifət arasında qarşıdurma daha da sərtləşir.
Musavat.com xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri, hakim “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyəti sədrinin müavini Gevorq Papoyan parlamentdə təmsil olunan müxalif qüvvələrə qarşı sərt ittihamlar səsləndirib.
Papoyan bildirib ki, parlamentdə yer alan “Güclü Ermənistan” və “Ermənistan” blokları legitim deyil. Onun sözlərinə görə, seçkiqabağı rüşvət hesabına Milli Assambleyaya düşən siyasətçilər Ermənistan xalqını təmsil edə bilməzlər.
Nazir daha da irəli gedərək seçkiqabağı rüşvət paylayan partiyaların bağlanmalı olduğunu bəyan edib və bu məsələdə güzəştə yer olmadığını vurğulayıb.
Musavat.com






