İnsanlara hürriyət, millətlərə istiqlal!

Ya əsgər ver, ya pul - Rusiya biznesinə yeni xərac

485 13.07.2026 14:47 Dünya A A

Rusiyanın müxtəlif regionlarında müəssisələrdən Ukrayna müharibəsi üçün işçilər göndərmələri, əks halda isə pul ödəmələri tələb olunur.

Musavat.com xəbər verir ki, bu barədə "Dojd" telekanalı məlumat yayıb.

Telekanalın əldə etdiyi sənədə görə, Buryatiyanın Muysk rayonunda müəssisələr üçün müqavilə əsasında hərbi xidmətə göndəriləcək şəxslərin seçilməsi planı hazırlanıb. Sənəddə hər müəssisəyə ştatdakı işçilərin və 20-60 yaş arası kişilərin sayına uyğun kvota müəyyən edildiyi bildirilir.

"Dojd"a danışan Buryatiya administrasiyasına yaxın mənbənin sözlərinə görə, oxşar sistem təkcə bu respublikada deyil, Rusiyanın digər regionlarında da tətbiq olunur. İddia edilir ki, müqaviləli hərbçilərin cəlb edilməsi planı mərkəzi hakimiyyət tərəfindən göndərilir, daha sonra isə yerli rəhbərlik bu kvotanı müəssisələr arasında bölüşdürür.

Mənbənin sözlərinə görə, müəssisə işçilərini müharibəyə göndərmək istəmədiyi halda "xüsusi hərbi əməliyyat" üçün namizədlərin seçilməsi barədə müqavilə bağlaya bilər. Bunun üçün hər namizədə görə 100 min rubl ödənilməsi nəzərdə tutulur.

Sibirdə fəaliyyət göstərən bir sahibkar da belə sxemin mövcudluğunu təsdiqləyib. Onun sözlərinə görə, əvvəllər şirkətindən hər ay iki nəfərin cəbhəyə göndərilməsi tələb olunurdu və plan yerinə yetirilmədiyi təqdirdə müxtəlif yoxlamalarla hədələnirdi. Hazırda isə hər "çatışmayan" müqaviləli hərbçiyə görə 450 min rubl ödəməsi tələb olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR