İnsanlara hürriyət, millətlərə istiqlal!

Adı Nizami, sakinləri erməni – Barışıq jesti, yoxsa...

1728 13.07.2026 15:10 Yaxın tarix A A

Ermənistan saytlarında maraqlı məlumat yayılıb. Bildirilir ki, erməni əsilli rusiyalı revanşist-oliqarx, ev dustaqlığında olan Samvel Karapetyanın sədri olduğu “Güclü Ermənistan” partiyasının nümayəndələri qədim yurd yerlərimizdən olan Zəngibasar mahalının (indiki Ararat vilayəti, Masis bələdiyyəsinin) Nizami və Sis kəndlərində olublar. Sakinlərlə seçki vədlərindən danışıblar. Diqqəti ən çox çəkən də məhz Nizami adıdır.

Regions and cities of Armenia

Arayış üçün bildirək ki, vaxtilə azərbaycanlıların yaşadığı və ötən əsrin 80-ci illərində zorla tərk edilən kəndə bu ad 1978-ci ildə verilib. Həmin tarixdə Ermənistan SSR Ali Sovetinin qərarı ilə kəndin əvvəlki Yuxarı Necili adı Nizami olaraq dəyişdirilib. Eyni tarixdə yaxınlıqdakı Aşağı Necili kəndinə isə Sayat-Nova adı verilib. Yəni Qarabağda dağıdıcı separatçı hərəkat başlamazdan təxminən 10 il öncə. Nizami adının seçilməsi ilə bağlı müxtəlif izahlar var. Rəsmi olaraq kənd böyük şairimiz Nizami Gəncəvinin şərəfinə adlandırılıb. Ancaq şübhə yox ki, ad dəyişmə Ermənistanda 1970-ci illərdə həyata keçirilən Azərbaycan yaşayış məntəqələrinin adlarının erməniləşdirilməsi siyasətinin tərkib hissəsi olub.

Bəs görəsən Ermənistanda digər bütün Azərbaycan kəndlərinin adları kütləvi şəkildə dəyişdirilirkən, Nizami adı niyə hələ də, hətta Ermənistan monoetnik respublikaya çeviriləndən sonra da saxlanılıb? (Hazırda kənddə ermənilər yaşayır). İstisnanın səbəbi nədir? Bu, Nizami Gəncəvini fars şairi kimi təqdim edib İrana reverans eləməsi ilə bağlı ola bilər(di)mi?

Yada salaq ki, haylar İrəvandakı Azərbaycana məxsus Göy məscidi də farslara məxsus ibadət məkanı kimi təqdim edirlər. Bundan ötrü məscidin xarici görkəminə uzun illər ərzində “əl” də gəzdirilib. Həmçinin, işğal dövründə Şuşadakı Yuxarı Gövhər ağa məscidinə (Şuşa Cümə məscidi) də eyni məqsədlə, təmir bəhanəsi ilə müdaxilələr edilmişdi...

Efirdə halı pisləşən deputat Modern.az-a DANIŞDI | Modern.az

Deputat Hikmət Babaoğlu bildirib ki, Ermənistan ərazisinin hər bir qarışında azərbaycanlılara aid toponimə rast gəlmək mümkündür: “Ermənilər hara getsələr, hansı daşı qaldırsalar, hər bir hissəsində azərbaycanlı adı, azərbaycanlılara aid maddi mədəniyyət nümunələri çıxacaq. Digər məsələyə diqqət çəkək - minimum hər iki ermənidən biri soyadında xristian qıpçaq əcdadını görə bilər. Belə ermənilərdən biri də Samvel Karapetyandır. Karapet "böyük ustad" deməkdir. Və xristian qıpçaq kilsələrində "qara" sözü böyük, güclü, zəkalı, ağıllı kimi izah edildiyi üçün (bu gün də dilimizin semantik mənasında elədir) keşişlərin müəyyən rütbəsinə "karapet" deyə xitab edirdilər. Hazırda erməni dilində "karapet" sözü "varpet" sözü kimi, həm də yaxşı ustalara deyilir. Samvel Karapetyan "Taşır" qrupu yaradıb. "Taşır" "daşmaq" feilindən əmələ gələn isimdir. Türk dili feili dil olduğuna görə biz isimləri də çox hallarda feildən düzəldirik. "Daşır" çayın adı ilə bağlıdır, "daşır" ya da "taşır" kimi ifadə olunur. Samvel Karapetyanın əcdadları Daşır rayonundan olublar”.

MM üzvü bildirib ki, ermənilər burada termin və söz oyununa üstünlük verirlər: “Məsələn, bizə aid Qaraqoyunlu abidələrinə "türkmən abidələri" deyirlər və türkmənlərə bildirirlər ki, "bu abidələr sizindir". Doğrudan da Qaraqoyunlu dövləti özünü "Türkmən dövləti" hesab edirdi. Amma o "türkmən" dedikləri Türkmənistandakı türkmənlər deyildi, biz idik, yəni azərbaycanlılar. Bax burada belə bir oyun qururlar”.

Deputat deyib ki, ermənilər Göy məscidi "İran məscidi" kimi qələmə verirlər, halbuki bu ibadət evi tikiləndə ümumiyyətlə, “İran” adlı dövlət olmayıb: “Göy məscid Səfəvilər dövründə tikilib. Buna baxmayaraq, onu İrana məxsus bir məscid kimi təqdim edirlər. Nizami Gəncəvini daha çox taciklər və farslar öz şairləri hesab etdiklərinə görə, ermənilər onu elə təqdim edir ki, sanki Azərbaycana aidiyyəti yoxdur. Və buna görə də adda heç bir dəyişiklik etməyiblər”.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR