İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda oxumaq üçün qaydalar dəyişir

467 14.06.2026 20:53 Dünya A A

Gürcüstan hökuməti ölkə universitetlərinə xarici vətəndaşların qəbulu üçün kvota tətbiq edəcək və təhsil prosedurlarını müəyyən edəcək.

Hazırda Gürcüstan parlamenti müvafiq düzəlişləri nəzərdən keçirir.

Yeni qaydalara əsasən, əcnəbilər yalnız dövlət tərəfindən təsdiq edilmiş ali məktəblərə və peşə məktəblərinə qəbul ola biləcəklər. Bu, onlara ölkədə qanuni yaşamaq və təhsil almaq üçün yaşayış icazəsi almaq hüququ verəcək.

Xaricdə məktəbləri bitirmiş əcnəbi vətəndaşlar Gürcüstan universitetlərinə və peşə məktəblərinə qəbul imtahanlarından imtina etmək hüququnu saxlayacaqlar. Bununla belə, iyulun 1-dən etibarən onlardan qəbul zamanı gürcü dilini bilməsi tələb olunacaq.\\“Qafqazinfo”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR