Müğənni Elçin Cəfərov yaradıcılığında ilk edəcək.
Musavat.com xəbər verir ki, sənətçi ilk dəfə solo konsert verəcək.
Bu haqda Elçin özü məlumat yayıb.
O bildirib ki, bu xəbəri paylaşanda kövrəlib:
"Bu postu yazanda bir az kövrəldim… Çünki ilk dəfədir bunu deyirəm: solo konsertim olacaq. Hər mesajınız, sözünüz, mənə güc verdi. Sizə minnətdaram".
Konsert mayın 29-da Heydər Əliyev Sarayında planlaşdırılıb.

Musavat.com






