İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlində dünyanın taleyi olan zabit - amerikalı hərbçi Vladivostoku bombalamaqdan imtina edib

1621 07.01.2026 21:45 Dünya A A

“Bulletin of the Atomic Scientists” amerikalı pilot Con Borden ABŞ hərbi hava qüvvələrindən 1962-ci il oktyabrın 28-də Yaponiyanın Okinava adasında yerləşən ABŞ-nin raket bazasında baş verənlər barədə məlumat yaymaq üçün icazə alıb.

Həmin gün SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nikita Xruşşov və ABŞ prezidenti Con Kennedi arasında hərbi əməliyyatların başlanmasının qarşısını almağa imkan verən razılaşma əldə edilib. Ancaq indi göründüyü kimi, dünyanın taleyi əslində SSRİ və ABŞ liderlərinin əlində deyil, ABŞ hərbi hava qüvvələrinin kapitanı Uilyam Bassetin qərarından asılı olub.

253bd80f-c627-4882-92d5-90e6c12ed4dc.jpeg (73 KB)

Kapitan Bassett Okinava bazasında raket buraxılışına nəzarət edən zabit olub. Böhranda bazanın döyüş hazırlığı səviyyəsi “DEFCON 2” səviyyəsinə qaldırılıb - “nüvə müharibəsi astanasında”. Oktyabrın 28-də Bassett 1,1 meqatona malik “Mark 28” termonüvə bombaları ilə təchiz edilmiş dörd “Mace B” tipli qanadlı raketinin buraxılması üçün göstəriş alıb.

Pekin, Hanoy, Pxenyan və Vladivostok hədəf olaraq təyin edilib. Başlama əmri radio vasitəsilə qəbul edilib və onun kodu gizli zərfdəki ilə uyğun gəlib. Kapitan Bassettə faktiki olaraq nüvə zərbəsi endirmək üçün tam səlahiyyət verilib.

Bassett isə aldığı əmrin doğruluğuna şübhə edib. Bazanın xəbərdarlıq səviyyəsinin “DEFCON 1” - “yaxınlaşan nüvə müharibəsi” səviyyəsinə qaldırılmaması da şübhələri artırıb. Kapitan istisna etməyib ki, Okinava bazası Sovet hücumu riski ilə üzləşdiyi üçün ABŞ-dakı qərargah belə bir qərar qəbul edib. Lakin Sovet hücumundan əsər-əlamət də olmayıb. Bundan əlavə, kapitan Bassett belə bir vəziyyətdə nüvə zərbəsi üçün dörd hədəfdən üçünün SSRİ-dən kənarda yerləşə biləcəyini çətin hesab edib.

996a8408-017b-4aaa-a737-1d7c5a7d519e.jpeg (50 KB)

Nəticədə zabit ağıllı addım atmaq qərarına gəlib. Nüvə zərbəsi üçün hazırlıqları dayandıraraq, o, davam etmək üçün dəqiq əmr almadığını iddia edib, raket idarəetmə mərkəzinə zəng edib. Raket bazasındakı vəziyyətin dramatik xarakteri Bassetin silahlı əsgərlərə onun icazəsi olmadan “qırmızı düyməni” basmağa birbaşa cavabdeh olan leytenantı güllələməyi əmr etməsi ilə izah olunub.

Bassettin komanda məntəqəsi ilə söhbətinin dəqiq mahiyyəti məlum deyil, lakin son nəticədə raket buraxılışının ləğvi əmri verilib. Hadisə ilə bağlı məlumatlar yarım əsrdən çox müddətə məxfiləşdirilib və Okinava hadisəsi ilə bağlı rəsmi sənədlər əlçatmaz olaraq qalıb. 1983-cü ildə dünyanı xilas edən polkovnik-leytenant Stanislav Petrov on ildən sonra tanınıb.

Həmin vaxtdan o, bir sıra mükafatlara, o cümlədən “Dünya Vətəndaşları Assosiasiyası” beynəlxalq ictimai təşkilatının xüsusi mükafatına layiq görülüb. Bu mükafat “Nüvə müharibəsinin qarşısını alan adama” həkk olunmuş “Qlobusu tutan əl”in kristal heykəlcikidir.

95fd6e15-48f8-4b16-821c-51d8c7b03980.jpeg (36 KB)

Kapitan Uilyam Basset 28 oktyabr 1962-ci ildə Okinavada baş verənlərlə bağlı məlumatların məxfilikdən çıxarılmasını görə bilməyib. Sülhə şans verən amerikalı zabit 2011-ci ildə vəfat edib.

Qeyd edək ki, “B28” bombaları 1958-ci ilin avqustundan 1966-cı ilin may ayına qədər 4500 ədəd istehsal edilib və 1990-cı illərin əvvəllərinə qədər xidmətdə olub. Bomba modul dizayna malik olub və partlayıcısı (70 kilotondan 1,45 meqaton trotil ekvivalentinə qədər), çatdırılma və partlatma üsulları və digər parametrlərə görə fərqlənən müxtəlif variantlarda istehsal edilib.

Bombanın diametri təqribən 58 sm, çəkisi və uzunluğu modifikasiyadan asılı olaraq müvafiq olaraq 2,44 m-dən 4,32 m-ə və 711 kq-dan 1053 kq-a qədər dəyişib. İstismar müddəti ərzində göyərtəsində “B28” olan bombardmançıların ən azı iki qəzası baş verib. Qəzaların ekstremal şəraitinə baxmayaraq, heç bir insident nüvə partlayışı ilə nəticələnməyib. Lakin Palomares və Tule qəzalarında bombaların məhv edilməsi ərazinin ciddi radiasiya ilə çirklənməsinə səbəb olub.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR