Elşad Musayev amnistiya təşəbbüsünü dəyərləndirdi
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev TV Müsavat-ın canlı efirində yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun qonağı olub.
Musavat.com bildirir ki, Elşad Musayev veriliş zamanı Prezident İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsü ilə bağlı mövqeyini açıqlayıb. O, amnistiyanın humanizm və mərhəmət prinsiplərinə söykəndiyini, cəmiyyət üçün mühüm sosial və tərbiyəvi əhəmiyyət daşıdığını vurğulayıb.
BAP sədri qeyd edib ki, bu addım dövlətin gücünü, özünə inamını və vətəndaşa münasibətdə humanist yanaşmasını göstərir. Onun sözlərinə görə, amnistiya həm sosial ədalətin təmininə, həm də cəmiyyətə reinteqrasiya prosesinin sürətlənməsinə xidmət edir.
Verilişdə amnistiyanın əhatə dairəsi, gözlənilən nəticələri və ictimai təsirləri ətrafında da fikir mübadiləsi aparılıb.
Ətraflı — videoda






