İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu

719 14.07.2026 15:31 Ölkə A A

Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədovun həyat yoldaşı Asya Əhmədova Bakıda özəl klinikanın direktoru kimi fəaliyyətə başlayıb.

Asya Əhmədova Binəqədi rayonunda yerləşən özəl, nizamnamə kapitalı 700 min 100 azn olan “Megapol Sağlamlıq Mərkəzi” MMC-nin direktoru və qanuni təmsilçisidir.

Qeyd edək ki, buna qədər adıçəkilən klinikanın direktoru və baş həkimi Əli Əhmədovun oğlu Fikrət Əhmədov idi. Daha sonra o, dövlət tibb müəssisəsində vəzifəyə təyin edildiyi üçün özəl klinikasındakı işindən ayrılıb. F.Əhmədov hazırda Respublika Kliniki Uroloji Xəstəxanasının baş həkimi vəzifəsində çalışır./unikal.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR