İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdan diplomatik MESAJ – Strateji əməkdaşlıq YENİ mərhələdə

316 14.07.2026 16:16 Gündəm A A

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycanda səfərdədir. İyulun 14-də onun Şuşada rəsmi qarşılanma mərasimi olub. Bu gün Prezident İlham Əliyev və Peter Pelleqrininin təkbətək və geniş tərkibdə görüşləri baş tutub.

Liderlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. Daha sonra Slovakiya rəhbəri Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub. Liderlər Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoyublar. Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Milli Məclisin Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fariz İsmayılzadə Musavat.com-a Slovakiya prezidentinin səfərini şərh edib.

Deputat Fariz İsmayılzadə Britaniya Parlamentinin bir sıra üzvünə məktub  ünvanlayıb - Yeni Çağ

Deputat Slovakiya-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyib: “Bu səfər ikitərəfli münasibətlərin dərinləşməsi baxımından əhəmiyyətlidir. Ənənəvi olaraq energetika, turizm, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq genişlənir. Slovakiya şirkətləri Azərbaycana cəlb olunur. Onun hökuməti Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq prosesinə cəlb olunub. Bir sözlə, münasibətlərimiz hərtərəfli genişlənir.

Rəsmi səfərin Şuşada keçirilməsi xüsusilə önəmlidir çünki Azərbaycan azad edilmiş ərazilərə diqqət göstərir. Xarici liderlərin azad edilmiş ərazilərə səfərlərinin, o cümlədən beynəlxalq tədbirlərin Qarabağda təşkil olunmasını bu kontektsdən dəyərlənirmək olar. Avropa liderlərinin Qarabağa səfərləri, sammitlərin, görüşlərin məhz bu ərazidə keçirilməsi cənab Prezidentin uzaqgörən vizyonuna əsaslanır. Məqsəd dünyanın diqqətini Qarabağda aparılan bərpa-quruculuq işlərinə yönəltməkdir.

Azərbaycan və Slovakiya prezidentlərinin Şuşada mətbuata bəyanatları dağıdılmış binalar önündə oldu. Bu da bir daha Qarabağın işğal altında olduğu dövrdə dağıdılmasına, vandalizm aktlarının nəticələrinə diqqət çəkmək məqsədi daşıyır. Bir sözlə, bu səfəri bir çox prizmadan müsbət dəyərləndirirəm”.

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR