İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən çox pişik saxlayanlar bu ölkədə yaşayır

743 02.02.2026 03:18 Maraqlı A A

Rusiyada ailələrin 59 faizi ən azı bir pişik saxlayır. Bu göstərici dünyada ən yüksək nəticə hesab olunur.

Musavat.com xəbər verir ki, mütəxəssislər pişiklərin Rusiyada üstünlük təşkil etməsini bir neçə amillə izah edirlər: əhalinin yüksək sıxlığı, formalaşmış mədəni vərdişlər və pişiklərin saxlanma xərclərinin itlərlə müqayisədə daha aşağı olması.

Oxşar dərəcədə yüksək göstəricilər Şərqi Avropa ölkələrində də qeydə alınıb. Xüsusilə Rumıniya, Polşa və Macarıstanda pişik saxlayan ailələrin payı diqqət çəkir.

Bu sahədə ən sürətlə böyüyən region isə Cənub-Şərqi Asiyadır. Məlumatlara görə, İndoneziyada evlərin 47 faizində, Filippində 43 faizində, Tailandda isə 42 faizində pişik saxlanılır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR