Dərc olunmuş yeni arxiv sənədlərində Epşteynlə bağlı daha bir qalmaqallı detal üzə çıxıb.
Musavat.com xəbər verir ki, sənədlərə görə, Epşteyn Davosa Ukraynalı oliqarx, Soros çevrələrinə yaxınlığı ilə tanınan və Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın kürəkəni olan Viktor Pinçukun dəvəti ilə səfər edib.
Arxiv materiallarında qeyd olunur ki, Epşteyn World Economic Forum çərçivəsində keçirilən tədbirlərin kənar görüşlərində iştirak edib. Lakin onun şəxsi yazışmaları Davosda baş verənlərə kifayət qədər istehzalı münasibəti üzə çıxarır.
Sənədlərdə əksini tapdığına görə, Epşteyn Ukrayna ilə bağlı tədbirləri şərh edərkən Davosdakı prosesləri ciddi siyasi müzakirədən çox, vaxt itkisi və süni təlaş kimi qiymətləndirib. O, məktublarının birində bu cür platformalarda “boş söhbətlərin və formal görüşlərin çoxluq təşkil etdiyini”, real marağın isə yalnız ayrı-ayrı şəxslər və qapalı, kulis arxası təmaslarla bağlı olduğunu yazıb. Epşteynə görə, bütün bu gurultunun içində diqqətəlayiq olan cəmi “bir” sahə mövcuddur.
Musavat.com






