İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin donanmasını ziyarət edərək İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi gəmilərindən birinə minib.
Musavat.com xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Səfər zamanı Əraqçi Fars körfəzində İran donanmasının komandanından ABŞ donanmasına qarşı regionda görülən hərbi hazırlıqlar barədə hesabat alıb.
Qeyd edək ki, bir gün əvvəl ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Ərəb dənizində "USS Abraham Lincoln" aviadaşıyıcısını ziyarət edib. O, bu səfərdə ABŞ-nin hazırlığını və qətiyyətini nümayiş etdirdiyini, silahlı qüvvələrinin daim döyüş vəziyyətində olduğunu vurğulayıb.
Cümə günü ABŞ ordusu "USS Abraham Lincoln" təyyarədaşıyan zərbə qrupunun iki dəniz təchizat gəmisi və iki Sahil Mühafizə kateri ilə müşayiət olunduğu fotoşəkilləri yayıb. 9-cu Hava Limanı Qanadının təyyarələri isə gəminin üzərindən uçub. Şəkillərə “Güc vasitəsilə sülh!” başlığı verilib.
Musavat.com






