İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərəb ölkələri Vaşinqtondan İranın xahişini ediblər – “Bazar çökər”

3134 14.01.2026 13:03 Dünya A A

Səudiyyə Ərəbistanı, Oman və Qətər neft bazarlarına təhlükə səbəbindən Vaşinqtonu İrana yeni bir zərbə endirməməyə çağırıblar.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb. Qəzetin məlumatına görə, ABŞ administrasiyası ilə əlaqə saxlayan üç ərəb dövlətinin nümayəndələri belə bir addımın qlobal enerji sektoru üçün mümkün nəticələri barədə xəbərdarlıq ediblər.

Nəşrin mənbələri iddia edir ki, Ər-Riyad, Masqat və Doha ABŞ-nin İrana yeni zərbə endirmək cəhdinin neft qiymətlərinə kəskin təsir göstərə və bazarda qeyri-sabitliyə səbəb ola biləcəyinə inanırlar.

Onu da qeyd edək ki, hər üç ərəb ölkəsi İranla intriqa içindədirlər və onun güclənməsini, eləcə də nüvə silahı əldə etməsini istəmirlər. Ancaq görünür, mövzu neft bazarı olanda mövqe dəyişir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR