İnsanlara hürriyət, millətlərə istiqlal!

Erlinq Holann Çempionlar Liqasında vurduğu qolla Ronaldunun rekorduna şərik olub

2348 22.10.2025 02:03 İdman A A

İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holann UEFA Çempionlar Liqasının əsas mərhələsində "Vilyarreal"a (İspaniya) vurduğu qolla yeni göstəriciyə imza atıb.

"Report" xəbər verir ki, norveçli forvard həm klub və həm də millidə ardıcıl 12 matçda minimum bir qol vurmaqla Portuqaliya yığmasının üzvü Kriştianu Ronaldunun rekorduna şərik olub.

Qeyd edək ki, hazırda davam edən "Vilyareal" - "Mançester Siti" matçında "şəhərlilər" 2:0 hesabı ilə öndədirlər. Oyunda qolları Erlinq Holann (17) və Bernardu Silva (40) vurublar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR