İnsanlara hürriyət, millətlərə istiqlal!

“Erməni mafiyası” ittihamı biznesləri çökdürdü – Kaliforniya qubernatoru işə qarışdı

501 30.01.2026 22:15 Dünya A A

Kaliforniya qubernatoru Qevin Nyusom ABŞ-ın Mülki Hüquqlar Departamentinə rəsmi şikayət edərək, Tramp administrasiyasında Medicare və Medicaid Mərkəzlərinin rəhbəri olan Mehmet Ozun (Doktor Oz) açıqlamaları ilə bağlı araşdırma başlanmasını tələb edib.

Musavat.com xəbər verir ki, müraciətə səbəb Ozun yayımladığı qalmaqallı videoda Los-Ancelesdəki erməni icmasını “mafiyavari sxemlər” qurmaqda ittiham etməsi olub.

Məlumata görə, Doktor Oz sözügedən “ifşa” videosunu Van-Nays rayonunda çəkib və kadr arxasında adi bir erməni çörəkxanası aydın görünür. Video yayımlandıqdan sonra həmin ərazidə yerləşən və görüntülərdə yer alan yerli çörəkxanalardan biri satışlarının əsassız şübhələr fonunda təxminən 30 faiz azaldığını açıqlayıb.

Kaliforniya administrasiyası hesab edir ki, bu cür ümumiləşdirilmiş və etnik icmanı hədəf alan açıqlamalar ayrı-seçkilik riski yaradır və yerli bizneslərə ciddi zərər vurur. Rəsmi araşdırma tələbi də məhz bu səbəbdən irəli sürülüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR