İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda böyük əmlak işi

344 23.02.2026 14:39 Region A A

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi qanunsuz əldə edildiyi iddia olunan əmlakla bağlı genişmiqyaslı iddianı icraata qəbul edib.

Musavat.com xəbər verir ki, iş üzrə əsas fiqurant uzun illər vergi və hüquq-mühafizə orqanlarında çalışmış Miqran Davtyandır.

Baş Prokurorluq 2000–2019-cu illərdə Dövlət Gəlirləri Nazirliyində və polis sistemində müxtəlif vəzifələr tutmuş Davtyana qarşı məhkəmə prosesi başladıb. Nəzarət orqanı onun və əlaqəli şəxslərin ümumi dəyəri təxminən 1,1 milyard dram (təxminən 3 milyon dollar) olan aktivlərinin dövlətə qaytarılmasını tələb edir.

Yerli prokurorluğun təqdim etdiyi siyahıya 14 daşınmaz əmlak obyekti, 6 nəqliyyat vasitəsi, eləcə də iki hüquqi şəxsdə pay daxildir.

Bundan əlavə, istintaq orqanı milli və xarici valyutada bank əmanətlərinin, geri qaytarılmamış borclar üzrə hüquqların və mənşəyi rəsmi gəlirlərlə təsdiqlənmədiyi bildirilən iri məbləğli vəsaitlərin də dövlətə yönəldilməsini tələb edir.

Yerli hüquq-mühafizə orqanlarına görə, göstərilən əmlak və maliyyə vəsaitləri Davtyanın təxminən 20 illik dövlət qulluğu dövründə əldə etdiyi rəsmi gəlirlərlə uyğunluq təşkil etmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR