İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda bu qurum yaradılır: Azərbaycanın izi ilə gedirlər

2183 17.12.2025 15:37 Siyasət A A

Ermənistan parlamenti milli təhlükəsizlik orqanları ilə bağlı qanunvericiliyə edilən dəyişiklikləri ikinci və son oxunuşda qəbul edib. Qərara əsasən, ölkədə Xarici Əks-kəşfiyyat Xidməti yaradılacaq.

Musavat.com xəbər verir ki, erməni KİV-lərinin məlumatına görə, dəyişikliklər “Milli təhlükəsizlik orqanları haqqında” qanuna edilib. Yeni strukturun yaradılması 2022-ci ilin dekabrında təsis olunmuş Xarici Kəşfiyyat Xidməti ilə Milli Təhlükəsizlik Xidməti (MTX) arasında səlahiyyətlərin bölünməsi zərurəti ilə izah olunur.

Bildirilir ki, funksiyaların ayrılması təhlükəsizlik sistemində daha aydın institutlaşma və fəaliyyət sahələrinin dəqiqləşdirilməsi məqsədi daşıyır. Yeni xidmətin xarici təhlükələrə qarşı əks-kəşfiyyat fəaliyyətini ayrıca qurum kimi həyata keçirəcəyi gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR