İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda ƏMƏLİYYAT: Keşişlər SAXLANILDI YENİLƏNİB

1221 15.10.2025 11:35 Region A A

Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının 6 nümayəndəsi saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə vəkil Ara Zöhrabyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Saqmosavank monastırının keşişi Paren Arakelyan, daha beş yeparxiya ruhanisi və bir neçə mülki şəxs hazırda Ermənistan İstintaq Komitəsində saxlanılır.

Saxlanmaların səbəbləri rəsmi olaraq açıqlanmır.

11:22

***

Ermənistanda Saqmosavank monastırının keşişi Paren Arakelyan saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Erməni Apostol Kilsəsinin (AAK) informasiya xidməti direktoru, keşiş Esayi Artenyan verib.

Onun sözlərinə görə, din xadimi ağır cinayətlər üzrə istintaq şöbəsinə aparılıb.

Eyni zamanda, AAK-nın Araqatsotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtıç Proşyan barədə də istintaq tədbirləri aparılır. Onun qardaşı oğlunun evində axtarış aparılıb, bundan sonra yepiskopun özü dindirilmək üçün istintaq şöbəsinə aparılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR