İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzər rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub - ANBAAN VİDEO

382 04.06.2026 12:29 Ölkə A A

Xəzər rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub.

Musavat.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) açıqlama yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan 90-KM-745 dövlət qeydiyyat nişanlı VAZ-2107 nəqliyyat vasitəsinin sürücüsü Nahid Muradov saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü N.Muradovun nəqliyyat vasitəsini idarəetmə hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR