İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda yeni partiya yaradıldı - "Dubinka"

990 21.09.2025 16:45 Siyasət A A

Ermənistanda “Ana Ermənistan” bloku yeni partiya yaratdı

Ermənistanda müxalif “Ana Ermənistan” bloku yeni siyasi partiyanın yaradıldığını elan edib.

Musavat.com xəbər verir ki, blokun lideri Andranik Tevanyan təsis qurultayında partiyanın adının “Dubinka” (dəyənək) olacağını açıqlayıb. O bildirib ki, ad “Mair Hayastan” (Ana Ermənistan) ifadəsinin ilk hecalarından götürülüb.

Tevanyanın sözlərinə görə, partiyanın rəmzi üzərində Ermənistanın üçrəngli bayrağı təsvir olunan dəyənəkdir. O vurğulayıb ki, bu “qorxulacaq” bir simvol deyil: “Bu, sevgi və dözümlülük dəyənəyidir. Siyasətdə isə məcazi mənada qayda-qanun yaratmaq, siyasi meydanı təmizləmək üçün vasitədir”.

Yeni partiyanın yaxın aylarda aktiv siyasi fəaliyyətə başlayacağı gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR