İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə ÇAĞIRDI

675 02.12.2025 20:19 Siyasət A A

Avropa diplomatiyasının başçısı Kaya Kallas Ermənistanı Rusiyaya qarşı “sərt sanksiyalara” qoşulmağa çağırıb.

Musavat.com xəbər verir ki, o, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iştirak etdiyi Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

"Dünya nizamı dəyişir və strateji mövqelərin Aİ-nin ümumi xarici siyasəti ilə uyğunlaşdırılması Ermənistan da daxil olmaqla Aİ tərəfdaşları üçün çox vacibdir. Ermənistanın xarici siyasətinin Aİ qərarları ilə uyğunlaşdırılması səviyyəsi hazırda 37%-dir. Rusiyaya qarşı tətbiq etdiyimiz sanksiyalar Aİ üçün sərtdir, lakin biz buna baxmayaraq tərəfdaşlarımızdan da eyni şeyi istəyirik", - deyə o qeyd edib. 

Eyni zamanda o, Ukraynadakı münaqişənin iqtisadi nəticələrinin “Aİ üçün çox böyük olduğunu” etiraf edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR