İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın “kitabı bağlanır”? – Kremldən son XƏBƏRDARLIQ

645 12.06.2026 11:58 Region A A

Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasındakı uçurum dərinləşir. Baş nazir Nikol Paşinyan bildirib ki, əgər KTMT-yə üzv dövlətlər Ermənistanın təşkilatdan kənarlaşdırılması barədə qərar qəbul edərsə, rəsmi İrəvan bu addımı nəzərə almağa hazırdır. Rusiya xarici işlər naziri Sergey Lavrov bundan az əvvəl KTMT daxilində Ermənistanla bağlı vəziyyətin müzakirə olunduğunu təsdiqləyib.

Меня трудно вывести из себя. Но проверять не стоит»: яркие цитаты Сергея  Лаврова - Ведомости

Onun sözlərinə görə, üzv ölkələr İrəvanın son iki il ərzində üzvlük haqlarını ödəməməsi məsələsini gündəmə gətirib və hətta təşkilatın nizamnaməsində Ermənistanın çıxarılmasını nəzərdə tutan mexanizmin işə salınması ehtimalı da müzakirə olunur. Bütün bu proseslər KTMT daxilində Ermənistanın gələcəyi ilə bağlı sualları daha da aktuallaşdırır.

Əgər Ermənistan KTMT-dən çıxarsa, təhlükəsizlik qarantiyası kim ola bilər?

Politoloq Züriyə Qarayeva Musavat.com-a açıqlamasında Ermənistanla KTMT arasındakı böhranın geosiyasi məzmun daşıdığını açıqlayıb. Bununla belə, ekspert Ermənistanın yaxın perspektivdə KTMT-dən formal şəkildə kənarlaşdırılmasını mürəkkəb proses hesab edir: “Daha çox ehtimal olunan variant Moskvanın bu məsələni siyasi təzyiq aləti kimi istifadə etməsi və İrəvana Rusiya ilə münasibətlərin tam qopmasının nəticələrini xatırlatmasıdır. Bununla belə, mövcud gedişat davam edərsə, Ermənistanın təşkilatda qalması getdikcə daha formal xarakter daşıya bilər”.

KİV: Paşinyan Rusiyanın regiondan çıxarılması öhdəliyini götürüb

Təhlilçi bildirib ki, əgər Ermənistan faktiki və ya hüquqi baxımdan KTMT-dən uzaqlaşarsa, bu, regionun təhlükəsizlik arxitekturasında yeni mərhələ olacaq: “Rusiya öz təsir imkanlarını qorumaq üçün iqtisadi, enerji, informasiya və siyasi rıçaqlardan daha fəal istifadə etməyə çalışacaq. Moskva Ermənistanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır və ölkənin enerji təhlükəsizliyində də mühüm rol oynayır. Digər tərəfdən, İrəvan Avropa institutları ilə əməkdaşlığı genişləndirməyə çalışsa da, bu istiqamətin yaxın müddətdə KTMT-nin və ya Rusiyanın təqdim etdiyi təhlükəsizlik mexanizmlərini tam əvəz etməsi çətin görünür. Buna görə də Ermənistan hazırda bir tərəfdən Rusiyadan uzaqlaşmağa, digər tərəfdən isə yaranacaq təhlükəsizlik boşluğunu doldurmağa çalışdığı mürəkkəb keçid dövrünü yaşayır”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR