İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistanın Müstəqillik Bəyannaməsində problemlər var”

1284 29.10.2025 20:26 Region A A

“Düşünürəm ki, Ermənistanın Müstəqillik Bəyannaməsində müəyyən problemlər var”.

Musavat.com xəbər verir ki, bu fikri parlamentdə jurnalistlərlə söhbətində Ermənistan baş nazirinin aparat rəhbəri Araik Arutyunyan səsləndirib.

Ondan baş nazir Nikol Paşinyanın “Müstəqillik Bəyannaməsinin məzmunu ondan ibarətdir ki, Ermənistan Respublikası mövcud ola bilməz” fikrini bölüşüb-bölüşmədiyi soruşulanda Arutyunyan müsbət cavab verib.

Xatırladaq ki, 2024-cü ilin noyabrında Paşinyan bu sözləri işlədib: “Belə bir nəticəyə gəlmişəm ki, Müstəqillik Bəyannaməsinin məzmunu ondan ibarətdir ki, Ermənistan Respublikası mövcud ola bilməz. Bu, bizim ən böyük problemimiz və faciəmizdir. İndi isə əsas sual budur: “real Ermənistan” nədir? Məncə, real Ermənistanın vətəndaşı odur ki, vətənini və dövlətini bu ölkədən kənarda axtarmır. Çünki o, axtarıb, axtarıb və nəhayət tapıb - Ermənistan Respublikasını”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR