Özbəkistanın bazarlarından birində qalmaqallı insident baş verib.
Musavat.com xəbər verir ki, bazar administrasiyasının qadın satıcılara ticarət qadağası qoyması etiraza səbəb olub.
Məlumata görə, qərarla razılaşmayan satıcılar bazar administrasiyasının nümayəndəsi ilə mübahisəyə başlayıb. Qısa müddət sonra vəziyyət daha da gərginləşib və etiraz fiziki qarşıdurma mərhələsinə keçib.
Satıcılar piştaxtalarda olan məhsulları — əsasən ərzaq və turşuları bazar nümayəndəsinin üzərinə atıblar.
Musavat.com






