İnsanlara hürriyət, millətlərə istiqlal!

Facebook və Instagram yeniyetmələr üçün təhlükəlidir - ŞOK HESABAT

448 25.11.2025 15:03 Ölkə A A

ABŞ-da məhkəmə sənədləri üzə çıxarıb ki, Meta 2020-ci ildən etibarən Facebook və Instagram istifadəçilərinin psixoloji sağlamlığına mənfi təsir göstərdiyini bilsə də, bu məlumatları ictimaiyyətə açıqlamayıb.

Musavat.com xəbər verir ki, şirkət daxilində aparılan araşdırmada bir həftə sosial şəbəkədən uzaq qalan insanların özlərini daha az depressiv, narahat və tənha hiss etdiyi, həmçinin sosial müqayisə təzyiqinin azaldığı müəyyən edilib.

Lakin nəticələr şirkət rəhbərliyini narahat edib: eksperiment dərhal dayandırılıb və toplanmış məlumatlar “təhrif olunmuş” kimi qiymətləndirilərək dərc olunmayıb.

Bu faktlar ABŞ-da bir neçə məktəb dairəsinin Meta-ya qarşı açdığı məhkəmə işində ortaya çıxıb. Valideynlər və müəllimlər şirkəti riskləri bilərək gizlətməkdə və yeniyetmələri psixoloji risk altında qoymaqda ittiham edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR