Türkiyə Super Liqasının 35-ci turunda “Fənərbağça” bu gün “Başakşehir”in qonağı olacaq.
Musavat.com xəbər verir ki, “Sarı-göylər” matçdan əvvəl sosial media hesablarında etdikləri paylaşımda Başakşehir Fatih Terim Stadionu ifadəsini işlətməyib.
![]()
Bu isə Türkiyə futbolunun tanınmış simalarından olan Fatih Terimin qızı Merve Terimin etirazına səbəb olub.
Merve sosial media hesabında həmin paylaşımı bölüşərək “Fənərbağça”ya etiraz edib.
O, paylaşımında yazıb:
“O stadionun adı Başakşehir Fatih Terim Stadionudur! Mövcud olmayan ulduzu paylaşdıqdan sonra Fatih Terim adını yazmaqdan belə çəkinməyiniz, açığı, məni təəccübləndirmədi”.
![]()
Musavat.com






