İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa üçlüyü Zelenski ilə görüşür: Londonda əsas müzakirə mövzusu bu olacaq

320 07.06.2026 12:47 Siyasət A A

Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Londonda fransız həmkarı Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və Böyük Britaniyanın Baş naziri Keyr Starmer ilə görüşəcək.

Musavat.com xəbər verir ki, məlumatı DPA və Deutsche Welle yayıb:

"Downing Street Ukrayna liderinin bazar günü Fransa Prezidenti və Almaniya Kansleri ilə birlikdə Böyük Britaniyaya səfər edəcəyini açıqladı".

Görüşdə Ukraynaya əlavə dəstək müzakirə olunacaq. Deutsche Welle xəbər verir ki, Almaniya, Fransa və Britaniya liderlərinin məqsədi Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün səyləri gücləndirməkdir. Tərəflər Moskva ilə yeni danışıqların perspektivlərini müzakirə etməyi planlaşdırırlar. Yeni danışıqlar müharibəyə son qoymaq üçün yollar tapmaq məqsədilə yenilənmiş diplomatik səylərin bir hissəsi olacaq. Bu intensivləşmə Volodimir Zelenskinin Vladimir Putinə danışıqlar prosesini bərpa etməyi təklif edən açıq məktub yazmasından sonra başlayıb.

London, Paris və Berlin hesab edirlər ki, Ukraynanın Rusiya ərazisinə uğurlu pilotsuz təyyarə hücumlarından sonra Moskva dialoqa doğru irəliləyə bilər. Bundan əlavə, Bloomberg xəbər verir ki, Avropa müttəfiqləri qışdan əvvəl Rusiyanı sülh danışıqlarına cəlb etmək üçün strategiya hazırlamaqla bağlı Ukrayna ilə işləyirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR