İnsanlara hürriyət, millətlərə istiqlal!

FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib

474 30.03.2026 13:17 Ölkə A A

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gün və gecə ərzində fasiləsiz olaraq davam etdirilib.

FHN-dən Musavat.com-a verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində 75-i azyaşlı olmaqla ümumilikdə 454 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN- in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Bakı və Sumqayıt Regional mərkəzlərinin qüvvələri tərəfindən həyata keçirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR